Pleyeri seçin:

Otaq yoldaşını yatdığı yerdə öldürdü | Bakıdakı dəhşətli qətlin təfərrüatı - Baku TV

05 mart 2026 215 baxış

Bakıda kirayədə qaldığı evdə otaq yoldaşını yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Fazil Feyzullayevin sərbəst ifadəsi dinlənilib. O, İsgəndər Əliyevə yatdığı yerdə yox, mübahisə zamanı xəsarət yetirdiyini söyləyib.

“İsgəndərlə mübahisəmiz onun birlikdə qaldığımız mənzilin kirayə haqqını ödəmək istəməməsi səbəbindən yaranıb. Bu zaman mənə söyüş söydü. Mən də buna cavab olaraq çarpayının ayaq hissəsi ilə başından bir neçə dəfə vurdum. İsgəndər huşunu itirib, yerə yıxıldı”, – deyə Fazil bildirib.

O, meyiti doğramasının səbəbini onu gizlətmək istəməsi ilə əsaslandırıb. Fazilin sözlərinə görə, İsgəndərin meyitini hissələrə ayıraraq, çantalara yığıb və taksi ilə Ağsu aşırımına gedərək, orada dərəyə atıb. O həmçinin vurğulayıb ki, Ülvi Abbasovun onun törətdiyi cinayətdən xəbəri olmayıb.

Mərhumun qardaşı təqsirləndirilənin dediklərinə etirazını bildirib. Növbəti proses aprelin 8-nə təyin edilib.

Qeyd ədək ki, hadisə 2025-ci il avqustun 4-də baş verib. İttiham aktına görə, Fazil Feyzullayev və Ülvi Abasov qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən onun başına çəkiclə zərbələr vuraraq qətlə yetiriblər. Onlar İsgəndər Əliyevə məxsus 300 ABŞ dollarını ələ keçirərək mənimsəyiblər. Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayıraraq, Ağsu rayonunda müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Ana və 3 övladına dəhşət yaşadan hadisə | "Tapmadıq, bilmirik ki..." - Baku TV

Ana və 3 övladına dəhşət yaşadan hadisə | "Tapmadıq, bilmirik ki..." - Baku TV

Hadisə
21 aprel 2026 215 baxış
11 il əvvəl törədilən ağır cinayətin təfərrüatları - Baku TV

11 il əvvəl törədilən ağır cinayətin təfərrüatları - Baku TV

Hadisə
21 aprel 2026 215 baxış
"Həkimə aparanda bilmişəm ki, qızım hamilədir" | Ucarda 15 yaşlı yeniyetmə ana oldu - Baku TV

"Həkimə aparanda bilmişəm ki, qızım hamilədir" | Ucarda 15 yaşlı yeniyetmə ana oldu - Baku TV

Hadisə
20 aprel 2026 215 baxış
Şagirdin yandırıldığı məktəbdə çəkilişə mane oldular: "Müəllimlərə əvvəldən demişdi ki..." - Baku TV

Şagirdin yandırıldığı məktəbdə çəkilişə mane oldular: "Müəllimlərə əvvəldən demişdi ki..." - Baku TV

Hadisə
20 aprel 2026 215 baxış
Lənkəranda maşın təmiri sexində partlayış: xəsarət alan var - Baku TV

Lənkəranda maşın təmiri sexində partlayış: xəsarət alan var - Baku TV

Hadisə
19 aprel 2026 215 baxış
Abşeronda faciə | 37 yaşlı kişi qətlə yetirilib - Baku TV

Abşeronda faciə | 37 yaşlı kişi qətlə yetirilib - Baku TV

Hadisə
19 aprel 2026 215 baxış
Şəmkirdə məktəbdə həyəcan yaşandı - Baku TV

Şəmkirdə məktəbdə həyəcan yaşandı - Baku TV

Hadisə
19 aprel 2026 215 baxış
Xaçmazda leysan yağışları ciddi fəsad törətdi | Asfalt yol çökdü - Baku TV

Xaçmazda leysan yağışları ciddi fəsad törətdi | Asfalt yol çökdü - Baku TV

Hadisə
18 aprel 2026 215 baxış
Lənkəranda torpaq sürüşməsi baş verib | Sakinlər çətin vəziyyətə düşüb - Baku TV

Lənkəranda torpaq sürüşməsi baş verib | Sakinlər çətin vəziyyətə düşüb - Baku TV

Hadisə
18 aprel 2026 215 baxış
Bakıda dəhşət: Əvvəl arvadını, sonra isə özünü... - ANA XƏBƏR

Bakıda dəhşət: Əvvəl arvadını, sonra isə özünü... - ANA XƏBƏR

Hadisə
17 aprel 2026 215 baxış
Seçilmişlər
icon