Maye qazdoldurma məntəqəsində təhlükə | FHN hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri Qazaxın Xanlıqlar kəndindəki fərdi sahibkar Vidadi Bədəlova məxsus maye qazdoldurma məntəqəsində yoxlama aparıblar.
Araşdırma zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkarlanan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq məntəqənin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunan aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi ilə profilaktik söhbət aparılıb, pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI
- Yanğınsöndürənlərin gərgin mübarizəsi davam edir - Baku TV
- Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI
