Məhkəmədən gözlənilməz tələb | Arayik Harutyunyanın vəkili çıxış etdi - Baku TV
Bakı Apellyasiya Məhkəməsində çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılan Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı keçirilib.
Çıxış üçün söz müdafiə tərəfinə verilib. Arayik Harutyunyanın müdafiəçisi Anar Məmmədov çıxışında müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib. Təqsirləndirilən şəxs vəkilinin mövqeyi ilə razılaşdığını və səsləndirdiyi fikirləri müdafiə etdiyini deyib.
Digər vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmə prosesinin təxirə salınmasını xahiş ediblər.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkilləri ilə konfidensial görüşmələrinə dair vəsatətləri təmin edərək, onlara bunun üçün şərait yaradıb.
Məhkəmənin növbəti iclası iyunun 16-da keçiriləcək.
Qeyd edək ki, məhkəmə prosesini Ombudsman Aparatının nümayəndələri də izləyiblər.
#Bakı Apellyasiya Məhkəməsi teqi istifadə olunub
- Azərbaycanda həbs olunan fransalının şikayəti ilə bağlı hansı qərar verildi? - Baku TV
- Qohumlar arasında ev münaqişəsi böyüyərək qalmaqala çevrildi - Baku TV
- Apellyasiya məhkəməsində şahidlərin yenidən dindirilməsi istənildi - Baku TV
- Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib - Baku TV
- Həkim əməliyyat zamanı pasiyentin ölümünə səbəb oldu? - Baku TV
