Mən dedim ki, bir az sağa çıx... | Sürücü avtobusu niyə nəzarətçinin üstünə sürdü?
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtın Saray qəsəbəsində küçədə yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar həmin əraziyə nəqliyyat vasitələrinin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bu səbəbdən yol nəzarətçisi sürücüləri geri qaytararaq alternativ istiqamətlərə yönləndirir. Lakin “Hyundai” markalı avtobusun sürücüsü tətbiq edilən qaydalara məhəl qoymayıb. Halbuki əraziyə girişin müvəqqəti məhdudlaşdırılması barədə sürücülərə əvvəlcədən xəbərdarlıq edilib.
Hadisə şahidinin sözlərinə görə, sürücü yol nəzarətçisinin “dayan, gözlə” çağırışlarına məhəl qoymayaraq “tələsirəm” deyib hərəkəti davam etdirib.
Zərərçəkən isə baş verənləri belə izah edib:
“Mən dedim ki, sağa çıx, irəlidə asfalt çəkilir. Amma o razılaşmadı, “keçəcəyəm” deyib üstümə sürdü. Mən də müqavimət göstərmək üçün avtobusun qarşısını kəsdim”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə Abşeron rayonunun Saray qəsəbəsində avtobus sürücüsünün ictimai qaydanı kobud şəkildə pozması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır. Hazırda sürücünün müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
