Pleyeri seçin:

Məşhurlaşmaq istəyən bloger bir şərhə görə hamilə arvadına dəhşət yaşatdı

04 oktyabr 2024 414 baxış

Sosial mediadakı mənfi şərhlərə görə həyat yoldaşını bıçaqladı.

Videolar çəkərək sosial media hesabında paylaşmaq Nihadın vərdişinə çevrilmişdi. Amma iş o yerə gəlib çatmışdı ki, o hətta həyat yoldaşı Əsmərin hamilə olmağı ilə bağlı xəbəri belə sosial mediada izləyiciləri ilə paylaşdı. Bu isə artıq sadəcə video paylaşmaq yox, bir asılılıq idi.

Nihad hər səhər həyat yoldaşı üçün çay hazırlayır, onunla qəlyanaltı edir və bunu canlı şəkildə telefonu vasitəsilə paylaşırdı. Daha sonra canlı yayımı dayandırmadan işə getdiyini paylaşır, həyat yoldaşı ilə sağollaşaraq evdən çıxırdı. Əsmər isə bundan bezsə də, şikayətlənmirdi.

Nihad öz fotostudiyasına gəlir və iş yerində canlı yayımlar açır, işlərini görürdü.

O, telefonu götürür və canlı yayımda yazılan şərhlərə baxır. Onların içindən bir şərh Nihadı əsəbiləşdirir, çünki orada “sən əminsən ki, həyat yoldaşın Əsmər səndən hamilədir?” deyə yazılmışdı.

O, əvvəlcə bu rəyə fikir vermir, daha sonra sözügedən şərhlərin təkrarlandığını görür və əsəbiləşir, canlı yayımı söndürərək evə gedir.

Əsəbi halda mənzilə daxil olan Nihad dərhal Əsmərə yaxınlaşır və onu özündən çıxaran rəyləri göstərir. Həyat yoldaşı nə baş verdiyini anlamağa çalışsa da, Nihad onu dinləmək istəmir və nalayiq sözlərlə təhqir edir.

Əsmər mənzildən çıxıb anasıgilə gedir. Anası ilə görüşür, hal-əhval tutur, özünü heç nə olmamış kimi aparır.

Sonra onlar birlikdə Əsmər ilə Nihadın qaldıqları mənzilə gəlirlər. Nihad özünə rahatlıq tapa bilmir. O, iş yerinə qayıtmaq istəyir və binanın həyətinə çıxır. Skamyada oturur, canlı yayıma yazılan şərhləri oxuyur və həyat yoldaşının onu aldatdığını düşünür.

Daha sonra evə qayıdır və canlı yayımda qayınanasının, izləyicilərin gözləri qarşısında həyat yoldaşına mətbəx bıçağı ilə zərbələr endirir.

Nihad hadisə yerindən qaçaraq uzaqlaşır. Amma o, bir neçə gün sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilir. Əsmər isə anasının təcili tibbi yardım çağırmasından sonra xəstəxanaya yerləşdirilir. Xəstəxanaya düşən və həyatı xilas edilən Əsmər hakim qarşısında həyat yoldaşı Nihadı heç vaxt bağışlamayacağını bildirib.

Sumqayıtda dəhşət yaşayan 6 uşağın atasından ürəkdağlayan sözlər - Baku TV

Sumqayıtda dəhşət yaşayan 6 uşağın atasından ürəkdağlayan sözlər - Baku TV

Hadisə
04 aprel 2026 414 baxış
“Anası qışqırdı ki, qan töküldü...” | Sumqayıtda dəhşət | Qardaş qardaşı niyə bıçaqladı? - Baku TV

“Anası qışqırdı ki, qan töküldü...” | Sumqayıtda dəhşət | Qardaş qardaşı niyə bıçaqladı? - Baku TV

Hadisə
04 aprel 2026 414 baxış
Mingəçevirdə yaşlı qadın qəfil dünyasını dəyişdi | Qızı fəryad qopardı - Baku TV

Mingəçevirdə yaşlı qadın qəfil dünyasını dəyişdi | Qızı fəryad qopardı - Baku TV

Hadisə
03 aprel 2026 414 baxış
“Faciəvi hadisə oldu” | Sakinlər dəhşət içində qalıb | “Adam qorxur buradan keçməyə” - Baku TV

“Faciəvi hadisə oldu” | Sakinlər dəhşət içində qalıb | “Adam qorxur buradan keçməyə” - Baku TV

Hadisə
03 aprel 2026 414 baxış
Bakıdakı dəhşətli qətlin pərdəarxası | Ərinin qətlində ittiham olunan qadın barədə qərar - Baku TV

Bakıdakı dəhşətli qətlin pərdəarxası | Ərinin qətlində ittiham olunan qadın barədə qərar - Baku TV

Hadisə
03 aprel 2026 414 baxış
Zabratdakı qətllə bağlı məhkəmə nə qərar verdi? - Baku TV

Zabratdakı qətllə bağlı məhkəmə nə qərar verdi? - Baku TV

Hadisə
03 aprel 2026 414 baxış
"Bunun zərərini kim ödəməlidir?" - Mingəçevirdəki hadisə obyektlərə böyük ziyan vurdu - Baku TV

"Bunun zərərini kim ödəməlidir?" - Mingəçevirdəki hadisə obyektlərə böyük ziyan vurdu - Baku TV

Hadisə
02 aprel 2026 414 baxış
Ailənin 6 övladı dəhşət yaşadı | "Ağızları açılırdı, meyitlərini verdilər mənə..." - Baku TV

Ailənin 6 övladı dəhşət yaşadı | "Ağızları açılırdı, meyitlərini verdilər mənə..." - Baku TV

Hadisə
02 aprel 2026 414 baxış
"Necə oldusa, yazıq..." | Cəlilabadda dəhşət yaşandı | Kişi faciəvi şəkildə can verdi - Baku TV

"Necə oldusa, yazıq..." | Cəlilabadda dəhşət yaşandı | Kişi faciəvi şəkildə can verdi - Baku TV

Hadisə
02 aprel 2026 414 baxış
"23 bıçaq izi var, əl-ayağını..." | Tükürpərdən olay: 18 yaşlı oğlan ata-anasını bıçaqladı - Baku TV

"23 bıçaq izi var, əl-ayağını..." | Tükürpərdən olay: 18 yaşlı oğlan ata-anasını bıçaqladı - Baku TV

Hadisə
02 aprel 2026 414 baxış
Seçilmişlər
icon