Hadisə
Pleyeri seçin:

Müğənnini şantaj edən şəxslərin məhkəməsi keçirildi

23 fevral 2024

Müğənni Elçin Kişiyevə qarşı quldurluq etməkdə təqsirləndirilən Hökümə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə çıxış üçün söz müğənnidə olsa da, təqsirləndirilənlərin vəkili prosesdə iştirak etmədiyindən məhkəmə təxirə salınaraq fevralın 29-na təyin olunub.

İttiham aktında göstərilib ki, hadisə 2023-cü il iyulun 6-da Bakıda qeydə alınıb. Paytaxt sakinləri Hökümə Əşrəfzadə və bacısı Rəhimə Əşrəfzadə, tanışları Heydər Əkbərov və Zeynal Yusifov qabaqcadan əlbir olaraq Elçin Kişiyevin evinə qanunsuz girərək quldurluq etməkdə təqsirləndirilirlər. Belə ki, Rəhimə Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb, gecə saat 23-dən sonra onun evində görüşmək üçün razılaşıblar.

O, Zeynal Yusifovun idarə etdiyi avtomobillə həmin ünvana gəlib, aşkar olunmamaq üçün girişdən aralıda dayanıb. Rəhimə Əşrəfzadə avtomobildən düşüb, onu evdə gözləyən Elçin Kişiyevin yanına gedərək orada bir müddət olduqdan sonra ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxıb və onu küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib.

Rəhimə evə qayıdandan bir neçə dəqiqə sonra Heydər Əkbərov, Zeynal Yusifov, onların ardınca Hökümə Əşrəfzadə evə daxil olublar. Zeynal Yusifov Elçin Kişiyevə hücum edərək onu bıçaqlayacağı ilə hədələyib və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirib.

Sonra Heydər Əkbərov və Zeynal Yusifov yıxıldığı yerdə yumruq və təpiklə Elçin Kişiyevi vurmağa davam edərək onu Hökümə Əşrəfzadəni zorlamaqda ittiham ediblər və buna görə cəzalandırılacağını bildiriblər.

Kapron qaytanla onun qollarını arxasında bağlayıb divana oturdub, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə onu bıçaqlayacaqları ilə hədələyərək müğənnini Hökümə Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur ediblər. Onun danışdıqlarını isə Heydər Əkbərov və Hökümə Əşrəfzadənin telefonları ilə qeydə alıblar.

Daha sonra evdə olan pulları və qiymətli əşyaların yerlərini soruşaraq birgə hərəkətləri ilə ümumilikdə Elçin Kişiyevə 4 min 835 manat məbləğində ziyan vurublar. Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb.

Azərbaycanlıya qarşı dəhşətli hücum | Ermənistan hökuməti məhkəməyə verilir?

Azərbaycanlıya qarşı dəhşətli hücum | Ermənistan hökuməti məhkəməyə verilir?

Hadisə
22 noyabr 2024
Xaçmazda faciəvi qəza | Hadisə yerindən görüntülər

Xaçmazda faciəvi qəza | Hadisə yerindən görüntülər

Hadisə
22 noyabr 2024
Çöldə qalan ailə qurumun təklifi ilə niyə razılaşmadı? - Goranboyda güclü yanğın

Çöldə qalan ailə qurumun təklifi ilə niyə razılaşmadı? - Goranboyda güclü yanğın

Hadisə
21 noyabr 2024
6 yaşlı uşaq anasız qaldı | Sevgilisi əvvəl onu qətlə yetirdi, sonra isə...

6 yaşlı uşaq anasız qaldı | Sevgilisi əvvəl onu qətlə yetirdi, sonra isə...

Hadisə
21 noyabr 2024
Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi

Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi

Hadisə
21 noyabr 2024
Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı

Hadisə
21 noyabr 2024
Bakı-Qazax avtomobil yolunda ağır qəza | Hadisə yerindən görüntülər

Bakı-Qazax avtomobil yolunda ağır qəza | Hadisə yerindən görüntülər

Hadisə
21 noyabr 2024
Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Hadisə
19 noyabr 2024
Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Hadisə
19 noyabr 2024
Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Hadisə
19 noyabr 2024
Seçilmişlər
icon