Pleyeri seçin:
Nazirliyin əməkdaşı dağıntılar altında qalıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşı Hatayda baş verən zəlzələ nəticəsində dağıntılar altında qalıb.
Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi və İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Yohan Forssellə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, sözügedən əməkdaşdan hələ də xəbər yoxdur. “102 ölkə axtarış-xilasetmə tədbirləri ilə bağlı Türkiyəyə yardım təklif edib” deyən Çavuşoğlunun sözlərinə görə, 11 mindən çox axtarış-xilasetmə mütəxəssisi hazırda Türkiyədədir.
Nazir həmçinin əlavə edib ki, xaricdən ölkəsinə 90 mindən çox çadır göndərilib.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
