Hadisə
Pleyeri seçin:
Nərimanovda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı
Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişinə yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.
Faktla bağlı cinayət işi başlanılıb. Nərimanov rayon məhkəməsinin qərarı ilə Maksim Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Kopyalandı