Hadisə
Pleyeri seçin:
OCOS piramidasını quran dələduzlar məhkəmədə | Zərərçəkənlər danışdı
OCOS dələduzluq piramidasını yaradaraq vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Kənan Mustafazadə, Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovanın cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə baş tutan proses zərərçəkənlərin ifadəsi ilə davam edib.
İfadə verən zərərçəkənlər təqsirləndirilən şəxslər vasitəsilə aldadıldıqlarını vuğulayaraq külli miqdarda ziyana düşdüklərini deyiblər. Zərərçəkənlər arasında hətta eləsi var ki, ailəsindən və digər yaxınlarından xəbərsiz bu dələduzluğun qurbanı olub.
Kopyalandı
Seçilmişlər