Hadisə
Pleyeri seçin:
“OCOS”çulara hökm oxundu | Azərbaycanda milyonlarla pul mənimsəyənlərin sonu
“OCOS” beynəlxalq dələduzluq piramidasını yaradaraq vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovaya hökm oxunub.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Xəyal Yaxyayev 15 il, Gülara Abdullayeva 12 il, Yeganə Məmmədova isə 11 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Kopyalandı
Seçilmişlər