Pleyeri seçin:

Oğul anasını 5 bıçaqla qətlə yetirdi? - “Tez-tez vururdu, içəridən səs gəldi ki...” - Baku TV

28 avqust 2026 281 baxış

Gəncədə 64 yaşlı qadın qətlə yetirilib.

Hadisə günorta saat 12 radələrində şəhərin ərazisində yerləşən bazarların birində, paltar satılan bölmədə baş verib.

Ərazidə fəaliyyət göstərənlərin sözlərinə görə, paltar satışı ilə məşğul olan 64 yaşlı Laləzar Verdiyevanın oğlu onun yanına gəlib. Daha sonra mağazaya girərək jalüzü bağlayıb və anası ilə mübahisə etməyə başlayıb. Bir qədər sonra mağazanı tərk edən şəxs əlində bıçaqla ərazidən qaçıb. Şahidlər mağazaya daxil olduqda Laləzar Verdiyevanı yaralı vəziyyətdə görüblər.

Hadisə yerinə tibbi yardım briqadası çağırılıb və qadın xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Bazar rəhbərliyinin məlumatı əsasında əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları dəvət olunub. İlkin əməliyyat-istintaq tədbirləri həyata keçirilib və qətl törətməkdə şübhəli bilinən 44 yaşlı Ramin İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.

Bazarda çalışan və Laləzar Verdiyevanı tanıyan şəxslərin sözlərinə görə, Ramin İsmayılov tez-tez bura gələrək anası ilə mübahisə edir və ondan pul tələb edirmiş. Sonuncu mübahisənin də bu zəmində baş verdiyi güman edilir. Tanışları qətldə şübhəli bilinən şəxsin narkotik aludəçisi olduğunu da iddia edirlər.

“Xırıltı səsi gəldi. Girdim içəriyə, qadın qanın içində idi. Dedi ki, kömək et, qan apardı məni. Oğlu ürəyinə beş dəfə bıçaqla vurub. Deyilənə görə, tez-tez gəlib pul istəyirdi anasından”, – hadisə şahidi deyib.

Banner
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 281 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 281 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 281 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 281 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 281 baxış
"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

Hadisə
02 noyabr 2026 281 baxış
Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Hadisə
02 noyabr 2026 281 baxış
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 281 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 281 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 281 baxış
Seçilmişlər
icon