Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim etdi, sonra isə… | Bakıda dələduzluq
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı ayrı-ayrı vətəndaşların vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, araşdırmalarla onun özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil, sığorta pulu, əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xırdalanda dələduzlar ev tikmək adı ilə vətəndaşın 29 min manatını mənimsədi - Baku TV
- Biləsuvarda 64 yaşlı qadına qarşı törədilən cinayətin dəhşətli təfərrüatları - Baku TV
- Masazırda söyüş söyüb, "Gelandewagen"i "Kia"ya çırpan sürücü barədə tədbir görüldü - Baku TV
- Yerin altında görün nə gizlədirmiş | Novxanıdakı əməliyyatdan anbaan görüntülər - Baku TV
- DİN Zığda baş verən kütləvi davanın rəsmi detallarını açıqladı - Baku TV
