Polisdən Astarada silsilə əməliyyat | Narkotacirlər necə yaxalandı?
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına əsasən, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silsilə əməliyyat tədbiri keçirilib. Əməliyyat pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin gətirilməsi ilə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilib. Tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb. Ondan xaricdə yaşayan narkotacir tərəfindən PUA ilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyatın davamında isə, saxlanılan şəxsin Qapıçıməhəllə kəndi ərazisindəki naringi bağında gizlətdiyi əlavə 4 kiloqram marixuana da aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və həbs qətimkan tədbiri seçilib.
#Narkotik əməliyyatı teqi istifadə olunub
- Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV
- Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
- Astara gömrük postunda əməliyyat keçirildi | Yük maşını saxlanıldı - Baku TV CANLI
- Polis cinayətkar şəbəkələrə qarşı genişmiqyaslı əməliyyat keçirib, yüzlərlə şəxs tutulub
