Hadisə
Pleyeri seçin:

Polisdən genişmiqyaslı əməliyyat: narkotacirlər saxlanıldı

22 iyul 2023

Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri iyulun 21-də rayon ərazisində hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Hökməli qəsəbəsi sakini Cavid Hüseynov saxlanılıb. Onun üstündən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 3 ədəd patron aşkar edilib.

Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə üstündə qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Heydər Abbasov saxlanılıb. Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib. Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Namiq Şükürov saxlanılıb. Bu şəxsdən 2 kiloqramdan çox heroin aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah saxlayan Zaur Hüseynov tutulub. Onun üzərində 1 ədəd “TT” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının qeyd edilən tədbirlər çərçivəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Məmmədov Elşad Lətif oğlu saxlanılıb. Ondan qanunsuz olaraq əldə edib üzərində daşıdığı 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.

Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Xırdalan şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Məmmədov Elşad Namiq oğlu da saxlanılıb. Bu şəxsdən satış məqsədilə əldə etdiyi 3 kiloqram heroin aşkar edilib.

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Hadisə
18 may 2024
2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

Hadisə
17 may 2024
Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə
17 may 2024
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Hadisə
17 may 2024
Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Hadisə
17 may 2024
DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza

DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza

Hadisə
17 may 2024
Bakıda küçənin ortasında qadına qarşı ağlasığmaz hərəkət | DİN-dən açıqlama

Bakıda küçənin ortasında qadına qarşı ağlasığmaz hərəkət | DİN-dən açıqlama

Hadisə
17 may 2024
Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

Hadisə
17 may 2024
Bakıda avtobus ağır qəzaya düşdü | Sərnişinlər yolda qaldı

Bakıda avtobus ağır qəzaya düşdü | Sərnişinlər yolda qaldı

Hadisə
16 may 2024
Baş Prokurorluqdan Qusarda saxlanılan bələdiyyə sədri ilə bağlı açıqlama

Baş Prokurorluqdan Qusarda saxlanılan bələdiyyə sədri ilə bağlı açıqlama

Hadisə
16 may 2024
Seçilmişlər
icon