Pul verib qızı meşəyə aparan dostların əyləncəsi qətllə bitdi | SONUNCU ŞAHİD
Sələmçiyə borclanan kişi dostundan istədiyi pulu ala bilmədiyinə görə onu qətlə yetirib.
Belə ki, sələmçi Nemət (Adlar şərtidir) İlkinə son xəbərdarlıqlarını edərək bildirir ki, bir neçə gün ərzində ondan aldığı pulları qaytarmasa, başına müxtəlif hadisələr gələ bilər.
İlkin onun təhdidlərindən sonra şəhərin küçələrində qorxu içində gəzir, nə edəcəyini, pulu haradan tapıb qaytaracağını bilmirdi. Borcunu ödəmək üçün qohumlarına, keçmiş iş yoldaşlarına zəng vurub pul istəsə də, heç kim ona istdiyi məbləği verəcəyini vəd etmirdi.
Səhəri gün İlkinin yadına düşür ki, əsgərlik dostu Murad var və ondan borc ala bilər. İlkin Muradın yanına gəlib onunla görüşür, sanki heç bir məqsədi yoxmuş kimi davranır. Onlar daha sonra kafeyə çay içməyə gedirlər.
Kafedə onların masasına xidmət edən Yasəməni görən Muradın əhvalı qəfil dəyişir və ona heyranlıqla baxır, əvvəldən tanıdığı üçün Yasəmənin halını soruşur. Sonra isə İlkin Murada çətinliyi barədə danışır və anlayır ki, Muraddan pul almaq üçün onu yola gətirməlidir.
Daha sonra İlkin Yasəmənə yaxınlaşıb Muradın ondan xoşu gəldiyini deyir. Xahiş edir ki, sabah onlarla birlikdə əylənməyə getsin, hətta buna görə ona ödəniş də edəcəklər.
Səhəri gün İlkin evdən çıxarkən qəfil Nemət onun qarşısını kəsir. O, Nemətə hər şeyi həll edəcəyini deyir. Nemət isə onu küncə sıxaraq xəbərdarlıq edib deyir ki, bir günün qalıb, pulu verməsən, səni tutduracağam.
Sonra İlkin və Yasəmən Muradın avtomobili ilə şəhər kənarındakı meşəlik əraziyə gedirlər. Orada mağazadan aldıqları spirtli içki və ərzaqlardan yeyib içərək dincəlirlər. İlkin bir az içdikdən sonra Murada 20 min pula ehtiyacı olduğunu söyləyir. Murad isə aqressiv şəkildə ona “cəhənnəmə kimi yolun var” deyir.
Planı baş tutmayan İlkin Muradın təhqirlərinə dözməyərək oradan uzaqlaşmaq istəyəndə odun doğrayanlardan qalmış baltanı görür. Geri qayıdaraq həmin balta ilə Muradı qətlə yetirir və onun üzərindəki pulları götürərək hadisə yerindən qaçır.