Pleyeri seçin:
“Qadın çağırdı ki, gəl, burada...” | Sakin 53 yaşlı kişinin müəmmalı ölümündən danışdı - Baku TV
Yevlax rayonunda 53 yaşlı kişinin meyiti su arxında aşkarlanıb.
Hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. Meyiti tapılan şəxsin qəsəbə sakini, 53 yaşlı İxtiyar Qasımov olduğu müəyyən edilib.
“Bir qadın işə gedirdi. Buradan keçəndə məni çağırdı. Gəlib baxdım ki, başı suyun içindədir. Axşamdan ölüb, yoxsa nə vaxt baş verib, bilmirəm”, – deyə qəsəbə sakini hadisə barədə danışarkən bildirib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Kopyalandı
