Qatarların hərəkəti niyə gecikdi? | Bakı Metropolitenindən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 7-si saat 21:30 radələrində Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
Bu barədə Bakı Metropolitenindən bildirilib.
İlkin məlumata əsasən, sərnişin hadisə nəticəsində ağır xəsarət alıb.
“Sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar “Nərimanov” stansiyasından elektrik deposuna yola salınıb. Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb. İlkin tibbi yardım göstərildikdən sonra sərnişin tibb müəssisəsinə aparılıb. Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.
Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur”, – deyə məlumatda qeyd olunub.
#Bakı Metropoliteni teqi istifadə olunub
- Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI
- “Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV
- Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR
- Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
