Pleyeri seçin:

Qaxda bu xəstəlik təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

17 oktyabr 2025 862 baxış

Bir sıra bölgələrdə olduğu kimi, Qaxda da heyvanlar arasında dabaq xəstəliyinin yayılması davam edir.

Rayonun Əmbərçay kənd sakinlərinin sözlərinə görə, xəstəliyə qarşı aparılan tədbirlər nəticəsiz qalıb.

“10 baş heyvanım var, hamısı dabaq xəstəliyinə yoluxub. Dərmanlar təsir etmir, bunun çarəsi yoxdur. Qatıqdan, süddən məhrum olmuşuq”, – sakinlərdən biri söyləyib.

Digər kənd sakini isə belə deyib: “Burada dabaq xəstəliyi baş alıb gedir. Xəstəlik hətta xırdabuynuzlu heyvanlara da yoluxub, onların ayaqları tutulub”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, epizodik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qurum tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir.

Ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 25 oktyabr 2025-ci il tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşandan sonra bazarların fəaliyyəti bərpa olunacaq.

Banner
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 862 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 862 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 862 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 862 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 862 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 862 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 862 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 862 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 862 baxış
"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

Hadisə
02 noyabr 2026 862 baxış
Seçilmişlər
icon