Pleyeri seçin:

Qətlə yetirilən 16 yaşlı cüdoçunun atasından yeni açıqlama: hadisənin dəhşətli təfərrüatları

28 sentyabr 2023 97 baxış

2022-ci il noyabrın 26-da Xəzər Rayon Prokurorluğuna Gənclər və İdman Nazirliyinin nəzdində olan Şağan Olimpiya İdman Kompleksinin inzibati binasının 1 nömrəli zalında qətl hadisəsi baş verməsi və cinayəti törədən şəxsin tutulması barədə məlumat verilib.

Məlum olub ki, qətlə yetirilən 2006-cı il təvəllüdlü Turan Rüstəmov, hadisəni törədən isə 2002-ci il təvəllüdlü Ruslan Səfxanovdur.

Fakt üzrə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, ancaq sonradan 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

İş üzrə dindirilmiş Ruslan Səfxanov bildirib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi, cüdo üzrə milli yığma komandasının üzvü olub. Fəxri fərman və Diplomlarla təltif edilib, respublikada və xarici ölkələrdə bu idman növü üzrə yüksək nailiyyətlər əldə edib.

2022-ci il noyabrın 26-da Şağan Olimpiya İdman Kompleksində yetkinlik yaşına çatmayan idmançılar arasında keçirilən yarışlara Sumqayıtdan məşqçiləri Elşən Poladovun rəhbərliyi ilə 9 nəfərlik heyət yollanıb. O da dəstək vermək üçün komanda ilə yarışa gedib. Saat 10 radələrində komandalar arasında döyüşlər başlayıb. Təxminən 2 saatdan sonra komanda üzvləri ilə birlikdə kompleksin yanında yerləşən marketdən ərzaq məhsulları və onları doğramaq üçün bıçaq alıb.

Nahardan sonra yüngül sərxoş vəziyyətdə komandanın döyüşlərini izləmək üçün zala gəlib və Turan Rüstəmovun orada tək oturduğunu görüb. Turan ayaqlarını qarşısındakı oturacağın üzərinə qoyduğu üçün ona oturmağa mane olub. Ondan ayaqlarını oturacaqdan endirməsini tələb edəndə Turan onun ünvanına nalayiq söz işlədib. Buna görə ona şillə vurub. Ardınca əlbəyaxa olublar. Növbəti dəfə ünvanına işlədilən söyüşdən hiddətlənən Ruslan şalvarının belinə keçirdiyi bıçağı çıxararaq Turana 2 dəfə zərbə vurub. Sonra polis əməkdaşları onu tutaraq şöbəyə aparıblar.

İstintaqa verdiyi ifadəsində Turanın atası Zəka Rüstəmov bildirib ki, dostlarından biri ayaqyoluna getmək üçün ondan çəkələyini istəyib. Oğlu da ayağıyalın qaldığı üçün ayaqlarını qarşıdakı oturacağın üzərinə qoyub. Bu zaman Ruslan Turana yaxınlaşaraq onu söyüb və ayağını aşağı salmasını tələb edib. Şillə vurduqdan sonra oğlu durub və Ruslana cavab qaytarıb. O da bıçağı çıxarıb Turana zərbələr vurub.

Məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd olunub ki, Ruslan Səfxanov cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmayıb. O, son sözündə əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Səfxanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellaysiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Hadisə
21 dekabr 2025 97 baxış
Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Hadisə
21 dekabr 2025 97 baxış
FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

Hadisə
21 dekabr 2025 97 baxış
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Hadisə
21 dekabr 2025 97 baxış
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Hadisə
21 dekabr 2025 97 baxış
Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 97 baxış
Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 dekabr 2025 97 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Hadisə
20 dekabr 2025 97 baxış
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Hadisə
20 dekabr 2025 97 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Hadisə
20 dekabr 2025 97 baxış
Seçilmişlər
icon