Hadisə
Pleyeri seçin:

Qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub | Saxlanılanlar var

20 sentyabr 2024 102 baxış

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı əməliyyat keçirib.

Araşdırmalarla dəstə halında təşkilatlanmış bir qrup şəxsin qanunsuz fəaliyyətlə məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib.

Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov da daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər.

Onlar gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açıb və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.

Qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər.

Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2 000 000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb.

Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20 000 000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib.

Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub.

Onlara bu huquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xarici ölkələrdə gizlənən dəstə üzvlərinin ölkəyə gətirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində isə hüquqi prosedurlar başlanılıb. Dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Binəqədidə baş verən yanğın hadisəsinin təfərrüatı

Binəqədidə baş verən yanğın hadisəsinin təfərrüatı

Hadisə
20 aprel 2025 102 baxış
Binəqədidə baş verən yanğından yeni görüntülər

Binəqədidə baş verən yanğından yeni görüntülər

Hadisə
20 aprel 2025 102 baxış
Binəqədi rayonunda obyektdə yanğın | FHN hadisə yerində

Binəqədi rayonunda obyektdə yanğın | FHN hadisə yerində

Hadisə
20 aprel 2025 102 baxış
Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb

Hadisə
20 aprel 2025 102 baxış
DİN-dən Şamaxıda baş verən dəhşətli qəza ilə bağlı açıqlama

DİN-dən Şamaxıda baş verən dəhşətli qəza ilə bağlı açıqlama

Hadisə
20 aprel 2025 102 baxış
Sumqayıtda avtomobil külə döndü | Hadisənin təfərrüatları

Sumqayıtda avtomobil külə döndü | Hadisənin təfərrüatları

Hadisə
20 aprel 2025 102 baxış
Sumqayıtda ticarət mərkəzindəki yanğının təfərrüatları məlum oldu

Sumqayıtda ticarət mərkəzindəki yanğının təfərrüatları məlum oldu

Hadisə
20 aprel 2025 102 baxış
Sumqayıtdakı yanğınla mübarizə tədbirləri |  FHN-dən əməliyyat görüntüləri

Sumqayıtdakı yanğınla mübarizə tədbirləri | FHN-dən əməliyyat görüntüləri

Hadisə
20 aprel 2025 102 baxış
Sumqayıtdakı ticarət mərkəzində yanğın | Baku TV hadisə yerində

Sumqayıtdakı ticarət mərkəzində yanğın | Baku TV hadisə yerində

Hadisə
20 aprel 2025 102 baxış
Yaxşı ki, uşaqlara heç nə olmadı | Yağışdan sonrakı güclü külək sakinlərə qorxu yaşatdı

Yaxşı ki, uşaqlara heç nə olmadı | Yağışdan sonrakı güclü külək sakinlərə qorxu yaşatdı

Hadisə
19 aprel 2025 102 baxış
Seçilmişlər
icon