"Dedim, cəhənnəm ol buradan, gördüm, sürü ilə gəldilər" | Sabunçuda dəhşətli hadisə - Baku TV
Sabunçu rayonunun Qambay Vəzirov küçəsində bıçaqlanma hadisəsi baş verib.
İlkin məlumata görə, ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 1990-cı il təvəllüdlü Namiq Əsgərov həyat yoldaşı, 1997-ci il təvəllüdlü Durasan Əsgərovaya bıçaqla xəsarətlər yetirib. Yaralı qadın dərhal Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
“Çıxırdıq, gördüm ki, gəlirlər. Qapını bağlayanda gəldi, içəriyə girmək istədi. Dedi ki, qapını aç, içəriyə girirəm. Dayım onu çölə çıxartdı. Sonra küçədə hamını söyməyə başladı. Babamı, anamı, xalamı təhqir etdi. Ardınca hamı yığışdı. Elə həmin vaxt dayım da gəldi, bıçaqladı onu”, – hadisə şahidi söyləyib.
TƏBİB-dən verilən məlumata görə, hadisə iyulun 28-i saat 16:30 radələrində baş verib. Xəsarət alan 1997-ci il təvəllüdlü qadın Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Ona döş qəfəsinin ön səthinin, sol qoltuqaltı nahiyəsinin boşluğa nüfuz etməyən kəsilmiş-deşilmiş yaraları, həmçinin sol bazu və çənə nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi stasionar şəraitdə davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
#Sabunçu teqi istifadə olunub
- Sabunçuda dəhşət | Hadisə yerindən ən son məlumatlar - Baku TV
- Qızmar yay günlərində susuz qalan sakinlər | 10 aylıq problem niyə həll edilmir? - Baku TV
- Bakı niyə hər dəfə bu hala qalır? - Əraziləri su basdı | Dəhşətə gətirən vəziyyət - Baku TV
- Qab-qacaq, pal-paltar, meyvə-tərəvəz... | Sabunçu "bit bazarı"ndan reportaj
- Sabunçuda qanunsuz parklanma | Vətəndaşlar şikayətçidir
