Pleyeri seçin:
"Öldürən məktəb şagirdi deyil" | 15 yaşlı məktəblinin qandonduran qətlinin təfərrüatları
Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Abbas Mirzə Şərifzadə küçəsi, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətində qeydə alınıb.
Məlumata görə, 14 yaşlı yeniyetmə mübahisə zamanı 15 yaşlı tanışına bıçaqla xəsarət yetirib. Zərbə yeniyetmənin şah damarına tuş gəlib. Yaralı xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Kopyalandı
#Yasamal rayonu teqi istifadə olunub
- "Söyüşlər, davalar, gecəyə qədər..." - Binanın həyətində olanlar sakinləri dəhşətə gətirdi - Baku TV
- Yanğın olan ərazidə son vəziyyət | Hadisə yerindən bağlantı - Baku TV CANLI
- Qapını açıq görüb oğurluq etdi | Bakıda soyğunçuluqla məşğul olan şəxs saxlanıldı - Baku TV CANLI
- Yasamal rayonunda 5 avtomobil toqquşdu
- Yasamalda yaşayış binasında yanğın oldu - Baku TV
