"Valideyn qaça-qaça gəldi ki..." | Məktəbin həyətində heç kimin ağlına gəlməyən tapıntı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunun Alpan kəndində yerləşən məktəbin həyətində quyu aşkarlanıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları baxış keçirib, araşdırmaların aparılacağı bildirilir. Quyunun ətrafında təhlükəsizlik tədbirləri görülüb.
Müəllim Məharət Dadaşov məsələ ilə bağlı Baku TV-yə açıqlamasında bildirib:
“Dərs zamanı bir valideyn qaça-qaça gəlib quyu barədə məlumat verdi. Çölə çıxdım və məktəbin binasından bir neçə metr aralıda diametri təxminən 60 sm olan dəlik gördüm. Quyu torpaq qatından bir metr yarım sonra başlayır. Arxeoloq da gəldi və dərinliyinin üç metrdən çox olduğunu təsdiqlədi. Bura əvvəllər bəylərin yaşadığı yer olub və yəqin ki, indi məktəb həmin ərazidə yerləşir. Quyunun forması maraqlıdır və araşdırılmasına ehtiyac var”.
#Quba teqi istifadə olunub
- Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
