Pleyeri seçin:
Qusarda ata oğluna silahla hücum etdi? | Baş Prokurorluqdan təcili məlumat
İyulun 30-da saat 11 radələrində Qusar rayonu, Hil kənd sakini 2001-ci il təvəllüdlü İsrafil Duraxanovun xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1941-ci il təvəllüdlü Sərkar Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İsrafil Duraxanov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb, Sərkar Duraxanov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir.
Kopyalandı
#Qusar rayonu teqi istifadə olunub
- “Uşaq ana deyəndə biz ona nə verək?” | Ölən ananın yaxınları hər şeyi danışıb fəryad etdi
- Qusar-Şahdağ yolunda iki avtomobil toqquşdu | 8 nəfər yaralandı
- “İsmikhanlı” MMC-nin fəaliyyət istiqamətləri | Bu texnologiyalar sayəsində məhsullar...
- Prezident İlham Əliyev Qusarda | Səfərdən görüntülər
- Ləzgilərin özünəməxsus qədim Novruz ənənələri | Sakinlər danışdı
