Pleyeri seçin:

Sabiq məmurun oğlu dələduzluqda ittiham olunur - Baku TV

23 yanvar 2026 575 baxış

Tanıdığı şəxslərin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda prokuror Tural Yaqubov təqsirləndirilənə ittiham aktını elan edib.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarından sui-istifadə edərək onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı Paşa Səlimovdur (şərti adı). O, iş adamına Neftçaladakı Olimpiya İdman Kompleksinin tikintisində istifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək pulunu ödəyəcəyinə söz versə də, bundan yayınaraq həmin vəsaiti ödəməyib.

İttihamda Zamiq Xankişiyevin mənimsədiyi ümumi məbləğin 763 min manat olduğu bildirilib. Məhkəmədə hakim təqsirləndirilən Zamiq Xankişiyevə onun ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq törətdiyi əməllərin sübut olunacağı təqdirdə 10 ildən 15 ilədək məhkum oluna biləcəyini xatırlatsa da, o buna görə özünü təqsirli bilməyib. Növbəti proses fevralın 20-dək təxirə salınıb.

Xatırladaq ki, Zamiq Xankişiyev zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Xırdalan" stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur. O, bununla yanaşı, sosial şəbəkələrdə bahalı avtomobil kolleksiyası olan bir şəxs kimi də tanınıb.

Şagird tərəfindən güllələnən müəllimlə bağlı yeni xəbər - Baku TV CANLI

Şagird tərəfindən güllələnən müəllimlə bağlı yeni xəbər - Baku TV CANLI

Hadisə
10 fevral 2026 575 baxış
"Onu bir nəfər öldürməyib" | Göygöldə 40 yaşlı kişini kim qətlə yetirib? - Baku TV

"Onu bir nəfər öldürməyib" | Göygöldə 40 yaşlı kişini kim qətlə yetirib? - Baku TV

Hadisə
10 fevral 2026 575 baxış
"2 manatlıqdan 100 dənə aldıq, gecə gördük ki..." - Dəhşətə gətirən hadisənin səbəbi - Baku TV

"2 manatlıqdan 100 dənə aldıq, gecə gördük ki..." - Dəhşətə gətirən hadisənin səbəbi - Baku TV

Hadisə
09 fevral 2026 575 baxış
Qubada bədbəxt hadisə | Bir ailənin 8 üzvü zəhərləndi - Baku TV

Qubada bədbəxt hadisə | Bir ailənin 8 üzvü zəhərləndi - Baku TV

Hadisə
09 fevral 2026 575 baxış
Bakıda şirniyyat mağazasında yanğın | FHN hərəkətə keçdi - Baku TV

Bakıda şirniyyat mağazasında yanğın | FHN hərəkətə keçdi - Baku TV

Hadisə
08 fevral 2026 575 baxış
Səbaildə oğurluq: Şübhəli bilinən şəxs saxlanıldı - Baku TV

Səbaildə oğurluq: Şübhəli bilinən şəxs saxlanıldı - Baku TV

Hadisə
08 fevral 2026 575 baxış
İsmayıllıda yanğın baş verdi | FHN hadisə yerində - Baku TV

İsmayıllıda yanğın baş verdi | FHN hadisə yerində - Baku TV

Hadisə
08 fevral 2026 575 baxış
İsmayıllıda yanğın baş verib | FHN hadisə yerində - Baku TV CANLI

İsmayıllıda yanğın baş verib | FHN hadisə yerində - Baku TV CANLI

Hadisə
08 fevral 2026 575 baxış
Sumqayıtda dəhşətli dəm qazı zəhərlənməsi | Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi - Baku TV

Sumqayıtda dəhşətli dəm qazı zəhərlənməsi | Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi - Baku TV

Hadisə
08 fevral 2026 575 baxış
Qohum evliliyindən doğulan, anadangəlmə xəstə qız vəfat edib | "Qisməti belə imiş" - Baku TV

Qohum evliliyindən doğulan, anadangəlmə xəstə qız vəfat edib | "Qisməti belə imiş" - Baku TV

Hadisə
08 fevral 2026 575 baxış
Seçilmişlər
icon