Pleyeri seçin:

Sabiq məmurun qətli üçün killer tutan qadının ağlasığmaz dələduzluğu

23 yanvar 2025 590 baxış

2016-cı ildə Bakıda, 9-cu mikrorayonda törədilən cinayətin detalları məlum olub.

İstintaqla müəyyən edilib ki, 52 yaşlı Hüseyn Qasımov naməlum şəxs tərəfindən avtomat silahdan açılan atəş nəticəsində ayağından yaralanıb. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, atılan güllələrdən bəziləri küçədə parklanmış vətəndaş Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilin arxa yan şüşəsinə və arxa təkərinə, eləcə də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində mühafizə postunun pəncərəsinə dəyib.

İstintaqla müəyyən edilib ki, Günel Süleymanova tanışı Hüseyn Qasımova onun həbs olunmuş oğlu Orxan Xəlillinin cinayət məsuliyyətindən azad edilməsində və istintaq təcridxanasından azadlığa buraxılmasında köməklik edəcəyini bildirib. Bu adla 2015-ci ilin sentyabr ayından 2016-cı il martın 14-nə kimi olan müddət ərzində Günel Süleymanova atası Rasim Süleymanovla birlikdə Hüseyn Qasımovdan ümumilikdə 33 500 manat pul vəsaitini alıblar və bununla da, zərərçəkmişə qarşı dələduzluq ediblər. Daha sonra isə Günel Süleymanova Hüseyn Qasımova qarşı törətdiyi dələduzluq cinayətini gizlətmək istəyib. Bunun üçün də tanışı Ramil Hüseynli ilə görüşüb və ona Hüseyn adlı şəxsin övladının məhkəmədə olan işini həll etdiyini, bunun qarşılığında isə 35 min manat pul alacağını bildirib. Həmin vəsaiti vermək adı ilə Hüseynin onu “Salyanski kazarma” deyilən əraziyə aparıb orada zorladığını və bu əməlini telefona çəkərək şantaj etdiyini deyib. Buna görə də indi ondan qisas almaq istəyir.

Günel Süleymanova 40 min manat pul müqabilində Hüseyni öldürmək tapşırığını verib. Bu məqsədlə Ramil Hüseynli Günel Süleymanovadan ilkin olaraq 1200 manat və 140 dollar məbləğində pul vəsaiti alaraq, istintaqa məlum olmayan mənbədən “Kalaşnikov” avtomatı və 35 ədəd patron əldə edib. Daha sonra isə qadınla birlikdə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşəndən sonra 9-cu mikrorayona, Cavadxan küçəsindəki 3 nömrəli binanın yanına gəlib. Öldürməli olduğu şəxsin blokdan küçəyə çıxış istiqamətini dəqiqləşdirib. Cinayətin törədilməsini aprelin 11-i səhər saat 5 radələrinə planlaşdırıblar. Razılaşdıqları kimi, Günel Süleymanova Gəncə şəhərinə getmək bəhanəsi ilə Hüseyn Qasımova zəng edib, idarə etdiyi avtomobillə artıq binanın qarşısında dayanıb, onu gözlədiyini bildirib. Sonuncu binadan çıxıb, maşına tərəf hərəkət edərkən, ərzaq mağazasının arxasında pusquda dayanmış Ramil Hüseynli odlu silahdan atəşlər açıb. Sağ ayağından yaralanan Hüseyn Qasımov xilas olmaqdan ötrü şam ağaclarının arxasında gizlənib. Nəticədə isə Ramil Hüseynli əməlini başa çatdıra bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Hüseynli və Günel Süleymanova 16 il müddətinə azadlıqdan məhrum olunub.

Bundan başqa, Rasim Süleymanov isə 8 il azadlıqdan məhrum edilib.

Banner
Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
07 noyabr 2026 590 baxış
Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Hadisə
07 noyabr 2026 590 baxış
İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

Hadisə
06 noyabr 2026 590 baxış
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 590 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 590 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 590 baxış
"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

Hadisə
06 noyabr 2026 590 baxış
"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

Hadisə
06 noyabr 2026 590 baxış
Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 590 baxış
"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

Hadisə
06 noyabr 2026 590 baxış
Seçilmişlər
icon