Hadisə
Pleyeri seçin:

Sabunçu polisindən əməliyyat | Silahlı şəxslər saxlanıldı

16 yanvar 2024

Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub.

R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.

Həmçinin Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.

Bakıda dəhşətli cinayət | Hadisə şahidi Baku TV-yə danışdı

Bakıda dəhşətli cinayət | Hadisə şahidi Baku TV-yə danışdı

Hadisə
26 iyun 2024
Kəlbəcərdə ailə üzvləri qəzaya düşdü | Ölənlər və xəsarətalanlar var

Kəlbəcərdə ailə üzvləri qəzaya düşdü | Ölənlər və xəsarətalanlar var

Hadisə
26 iyun 2024
İlahiyyatçının qeyri-etik hərəkətlər etdiyi qızın dayısı hər şeyi danışdı

İlahiyyatçının qeyri-etik hərəkətlər etdiyi qızın dayısı hər şeyi danışdı

Hadisə
25 iyun 2024
Goranboyda dəhşətli yanğın | Hadisə yerindən görüntülər

Goranboyda dəhşətli yanğın | Hadisə yerindən görüntülər

Hadisə
25 iyun 2024
Mehriban uşaqlar idi | Qonşular Sumqayıtdakı dəhşətli hadisədən danışdı

Mehriban uşaqlar idi | Qonşular Sumqayıtdakı dəhşətli hadisədən danışdı

Hadisə
25 iyun 2024
Sumqayıtda qadınlar nədən zəhərləndi? - Şirkətdən hadisə barədə açıqlama

Sumqayıtda qadınlar nədən zəhərləndi? - Şirkətdən hadisə barədə açıqlama

Hadisə
25 iyun 2024
Narkotikləri dənizə atıb qaçmaq istədilər | DSX və DTX-dən birgə əməliyyat

Narkotikləri dənizə atıb qaçmaq istədilər | DSX və DTX-dən birgə əməliyyat

Hadisə
25 iyun 2024
Ağlı başında deyildi | Faciəvi şəkildə ölən qadının qonşusu danışdı

Ağlı başında deyildi | Faciəvi şəkildə ölən qadının qonşusu danışdı

Hadisə
25 iyun 2024
Nərimanovda 3 nəfər evdə köməksiz qaldı | FHN hərəkətə keçdi

Nərimanovda 3 nəfər evdə köməksiz qaldı | FHN hərəkətə keçdi

Hadisə
25 iyun 2024
Məşhur ilahiyyatçının 11 yaşlı qıza qeyri-etik hərəkətləri kameraya düşdü

Məşhur ilahiyyatçının 11 yaşlı qıza qeyri-etik hərəkətləri kameraya düşdü

Hadisə
25 iyun 2024
Seçilmişlər
icon