Sakinlər qorxu içində yaşayır | Paytaxtdakı torpaq sürüşməsinin səbəbi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 16-da Bakının Xətai rayonu, Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi baş verib.
Sakinlərin sözlərinə görə, hündürlükdə çoxsaylı evlərin tikilməsi torpağın yüklənməsinə səbəb olub. Eyni zamanda ərazidə su xətləri və kanalizasiya borusu riski daha da artırır.
“Torpaq kütləsinin, onun üzərində olan qayaların gələcəkdə sürüşmə nəticəsində gəlməsi binaya, buradan keçən insanların həyatına ciddi təhlükə saçır. Proses illərdir gedirdi. Aidiyyəti qurumlara müraciət etmişik. Onlar hadisənin təhlükəli olduğunu bildirsələr də, tədbir görülməyib”, – deyə sakin bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçmasının sürüşməyə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, ərazidə ciddi təhlükə yoxdur.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
