Pleyeri seçin:
Şamaxıda torpaq sürüşməsi aktivləşib | "Yollarımız çox pis vəziyyətdədir" - Baku TV
Bir neçə gündür yağan intensiv yağışlardan sonra yaranan sel suları Şamaxı–Qonaqkənd avtomobil yoluna da təsirsiz ötüşməyib.
Yolun iki müxtəlif nöqtəsində sürüşmələr qeydə alınıb. Nəticədə, asfalt örtüyü ciddi şəkildə zədələnib, sürücülər məcburi şəkildə alternativ zolaqla hərəkət edirlər.
Hazırda ərazidə sürüşmə prosesi aktivliyini qoruyur.
“Qonaqkənd kəndində asfalt yollar təxminən beş il əvvəl çəkilmişdi. Son yağışlardan sonra yollarımızda ciddi uçqunlar baş verib. Burada vəziyyətə nəzarət olunmalıdır. Hər gün sürüşmə davam edir. Bilmirik, qazancımızı ailəmizə xərcləyək, yoxsa maşının təmirinə yönəldək”, – deyə sürücülərdən biri bildirib.
Kopyalandı
