Pleyeri seçin:

Saxlanılan keçmiş banda üzvünün məhkəməsi keçirildi

18 mart 2024 459 baxış

Hacı Məmmədovun bandasının üzvü olan, silahlı qruplaşmalarda və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə heyəti yerində müşavirə edərək zərərçəkən Tofiq Bayramovun iştirakı olmadan prosesin keçirilməsinə qərar verib. Məhkəmənin baxış iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, Hüseynağa Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2 – sabit silahlı qruplarda – bandalarda və ya onların törətdikləri basqınlarda iştirak etmə maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən olunub ki, H.Zərbəliyev silahlı qrupun törətdiyi basqında iştirak edərək Tofiq Bayramovun həyatı və səhhəti üçün təhlükəli üsulla fiziki iztirab verməklə onun azadlığını məhdudlaşdırıb.

Xatırladaq ki, Hüseynağa Zərbəliyev 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovla birgə paytaxt sakini Tofiq Bayramovu oğurlayıb, onu azadlıqdan məhrum edərək hədə-qorxu yolu ilə külli miqdarda əmlakını mənimsəyib. Onun da üzv olduğu silahlı qrupa Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri daxildir.

Banner
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 459 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 459 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 459 baxış
Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Hadisə
31 oktyabr 2026 459 baxış
“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

Hadisə
31 oktyabr 2026 459 baxış
Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Hadisə
31 oktyabr 2026 459 baxış
Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 459 baxış
Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 459 baxış
Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Hadisə
30 oktyabr 2026 459 baxış
Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Hadisə
29 oktyabr 2026 459 baxış
Seçilmişlər
icon