Pleyeri seçin:

“Sədərək”də yanğın niyə 1 gün sonra söndürüldü və helikopter cəlb olunmadı?

26 avqust 2025 735 baxış

Bir neçə gün öncə “Sədərək” ticarət mərkəzində güclü yanğın baş verib.

Nəticədə, sahibkarlara xeyli ziyan dəyib. Hadisə ilə bağlı artıq cinayət işi açılıb.

Lakin yanğından sonra bəzi vətəndaşlarda suallar yaranıb. Nəyə görə yanğın bir gün sonra söndürülüb və əraziyə helikopterlər cəlb olunmayıb?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə Qərargahının əməkdaşı Nurlan İsaqov bildirib ki, yanğın baş verən ərazidəki anbar yüngül metal konstruksiyalardan ibarət idi və yüksək temperatur səbəbindən konstruksiyalar dərhal deformasiyaya uğrayıb:

“Təxminən 5 min kvadratmetr sahəsi olan anbar 15 müxtəlif bölmədən ibarət idi. Bu anbarlarda uşaq oyuncaqları, alışqanlar, litium batareyaları və digər parfümeriya məhsulları kimi tezalışan mallar saxlanılırdı. Bu məhsulların üst-üstə yığılması yanğının yükünü artırır və metal konstruksiyaların deformasiyaya uğraması yanğının söndürülməsini çətinləşdirirdi”.

O qeyd edib ki, konstruksiyaların deformasiyaya uğraması yanğınsöndürənlər üçün ciddi təhlükə yaradırdı:

“Konstruksiyalar öz dayanıqlılığını itirmişdi. Yanğınsöndürənlər alovu söndürmək üçün konstruksiyaların alt hissələrinə daxil olarkən həyati risklə üzləşirdilər. Bu səbəbdən helikopterlər yanğının söndürülməsinə cəlb olunmayıb və təhlükəsizlik əsas götürülüb”.

Banner
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 735 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 735 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 735 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 735 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 735 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 735 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 735 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 735 baxış
"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

Hadisə
02 noyabr 2026 735 baxış
Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Hadisə
02 noyabr 2026 735 baxış
Seçilmişlər
icon