Hadisə
Pleyeri seçin:
Şəmkirdə 10-cu sinif şagirdi ürəyindən vuruldu | Ailəsi elə şeyləri açıqladı ki...
Oktyabrın 1-də Şəmkirin Mahmudlu kəndində qətl hadisəsi baş verib.
Kənd orta məktəbinin 10-cu sinif şagirdi həmyaşıdı olan peşə liseyinin tələbəsinə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Nəticədə yeniyetmə hadisə yerindəcə dünyasını dəyişib.
“Heç bir mübahisələri olmayıb. Həmişə bizim evə gəlir, yeyib-içirdi, birlikdə oyun oynayırdılar”, – deyə mərhumun anası bildirib.
Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən yeniyetmə şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma davam edir.
Kopyalandı
Seçilmişlər