Pleyeri seçin:
Şəmkirdə ağır yol qəzası baş verdi | Polisdən təcili məlumat
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonundan keçən hissəsində 2000-ci il təvəllüdlü K.Cəfərlinin idarə etdiyi "KamAZ" markalı yük avtomobili 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ-2106-da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda digər ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Kopyalandı
#Şəmkir teqi istifadə olunub
- Bir qaşığı ilə "möcüzə yaradan" xırnik bəhməzi görün necə hazırlanır? - Baku TV
- Şəmkirdə dəhşətli hadisə | Ehtiyatsızlıq yeniyetmənin həyatına son qoydu
- Şəmkirdə baş verən qətlin yeni detalları məlum oldu - CANLI
- "Xəyanət olub, videosu var, gündə bir maşınla..." | Şəmkirdə qadının qətli ilə bağlı detallar
- Şəmkirdə dəhşət | Qadın qətlə yetirildi, əri saxlanıldı
