Sevgilisinə "səninlə evlənəcəyəm" deyib aldatdı, anasının sonunu gətirdi - SONUNCU ŞAHİD
Oğlan münasibətdə olduğu qızın anasını hədələyib öldürdü.
Lətifə Şirinova (şərti ad və soyad) qızı Zibər (şərti ad) ilə Bakıda bina evində yaşayır və mebel mağazasında satıcı işləməklə dolanışığını təmin edirdi.
O, bir gün qızı Zibərin seçimi olan Xəyalı (şərti ad) evlərinə qonaq çağırır.
Xəyal ilk görüşdən dürüst bir insan təəssüratı bağışlasa da, həyat yoldaşı və iki övladını tərk etmiş biri idi.
Həmin gün Xəyal Lətifə xanımın suallarını nəzakətlə cavablandırır. Lətifə qızının seçimi olan Xəyaldan razı qalır.
Ertəsi gün Zibər anasının evdə olmamasından istifadə edərək Xəyalı dəvət edir. Xəyal Zibərə xoş sözlər deyir və onunla intim münasibətdə olur.
Elə həmin gün Xəyal birbaşa Lətifənin işlədiyi mebel mağazasına yollanır. Xəyal “mən qızınla intim münasibətdə olmuşam, onun bakirəliyini pozmuşam, əvəzində onunla evlənmək üçün mənə pul verməlisən” deyir.
Ertəsi gün Xəyal arxayınlıqla mebel mağazasına gəlir və birbaşa mətləbə keçir. Xəyal mebel salonuna gələndə xəbəri yox idi ki, Lətifə onun səsini yazmaq üçün artıq öncədən hazırlaşıb.
Oğlanın telefona yazılan səsini dinləyən Zibər ağlamağa başlayır və anası onu sakitləşdirir. Daha sonra o, Xəyala zəng edərək hər şeydən xəbərdar olduğunu, anasının onun səsini telefona yazdığını, heç nədən qorxmadığını və hər şeyin bitdiyini deyir.
Xəyal telefon danışığını bitirdikdən sonra əsəbiləşir və birbaşa Zibərin yaşadığı məhəlləyə yollanmaq qərarına gəlir.
O, Lətifə və Zibəri binanın girişinə qədər izləyir və daha sonra qızın anasının üzərinə hücum çəkir. Zibər anasını qorumağa çalışsa da, Xəyal onu itələyərək cibindən çıxardığı bıçaqla Lətifəyə ard-arda bıçaq zərbələri endirməyə başlayır. Nəticədə, Lətifə dünyasını dəyişir.
Xəyal cinayət yerindən qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilir.
#Qətl hadisəsi teqi istifadə olunub
- Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
- “Dedi ki, barışmaq istəyirəm, uşaqlar...” | 3 uşaq anasının qətli ilə bağlı şok detallar - Baku TV
- "Ən ağır cəza verilsin!” | Amansızlıqla öldürülən 3 uşaq anasının yaxınları fəryad etdi - Baku TV
- İntim əlaqə üçün nə etdilər? | Rusiyada törədilən qətllə bağlı etiraf - Baku TV
