Pleyeri seçin:
Sumqayıtda evdə dəhşətli hadisə | "Oturmuşduq, birdən alışdı, gördük ki..." - Baku TV
Sumqayıtda yanğın hadisəsi baş verib.
Hadisə şəhərin Xəzər bağları ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Ev sahibinin sözlərinə görə, yanğına səbəb qısaqapanma olub:
“İşdə idim. Zəng etdilər ki, qısaqapanma nəticəsində yanğın baş verib. Ev yararsız vəziyyətə düşüb. Birinci mərtəbədə hər şey yanıb, demək olar ki, heç nə qalmayıb. İkinci mərtəbə də yararsız vəziyyətdədir”.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda iş zamanı halı pisləşən usta öldü - Baku TV
- "Şəhərin mərkəzidir, ən problemli yoldur" | Yolda dəhşətli durum: "Hər il çökə-çökə gedir" - Baku TV
- "Allah bilir, nəyin üstündə tikilib" | Evlər niyə bu hala düşdü? - "Hamısı çatlayıb" - Baku TV
- Bağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? | Valideynlərin iddiası doğrudur? - Baku TV
- "Yalançıdır, hamısını zəbt edib!" | Qardaşlar arasında qalmaqal yaradan mülk davası - Baku TV
