Pleyeri seçin:

Sumqayıtda məşhur məşqçinin törətdiyi qətllə bağlı yeni detallar | Şahid danışdı

09 may 2024 433 baxış

Sumqayıtda məşq zamanı təhlükəli fənd işlədərək 7 yaşlı Fərid Bakarovun həyatına son qoyan məşqçi Mehman Xəlilov narkotik və psixotrop maddələrin istifadəçisi olub.

İbtidai istintaq zamanı dindirilən bir neçə şahidin ifadəsindən məlum olub ki, məşqçi narkotik vasitələr və psixotrop maddələri mütəmadi qəbul edirmiş.

Mehmanın qohumu olduğunu deyən və istintaq sirri olduğundan adı açıqlanmayan şahid məşqçini xarakterizə edərkən onun fiziki cəhətdən güclü, xarakter cəhətdən isə zəif olduğunu, son vaxtlar spirtli içki və hətta narkotik vasitələrdən də istifadə etdiyini bildirib.

Şahid onu da vurğulayıb ki, şəxsi istifadəsi üçün narkotik maddəyə ehtiyacı yarananda Mehman Xəlilova müraciət edib. Mehman da öz növbəsində ona istədiyi metamfetaminin əvəzinə marixuana verib. İstintaq materiallarında diqqətçəkən digər məqam Mehman Xəlilovun hadisə baş verən gün, yəni 2023-cü il aprelin 29-da narkotik maddə axtarması epizodudur.

Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edib ki, onun törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunub, həmin əməllər qəsdən törədilib. Mehman Xəlilov məhz xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan 7 yaşlı Fəridi qəsdən öldürüb.

Məhkəmənin qənaətinə görə, Fəridin anası Aynurun Mehmanla sevgi münasibətlərinə son qoyması idmançıda qisas hissi yaradıb. Hadisə günü Fəridi idman zalında görən Mehman ona qarşı üst-üstə, hətta qulaqlarından da tutmaqla 80 dəfə təhlükəli fənd işlədərək yerə çırpıb.

Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibətlərinə gəldikdə isə bu əlaqələr 2023-cü ilin fevralına təsadüf edir. Yəni Fəridin məşqə başladığı vaxta. İki aylıq münasibətlərdən sonra Aynur Mehmandan ayrılmaq istəyib. Mehman isə buna etiraz edib.

İbtidai və məhkəmə istintaqına təqdim olunan materiallardan bəlli olur ki, tərəflərin arasındakı münasibətin qəfil pozulmasının azyaşlının ölümünə bilavasitə təsiri olub.

Fəridlə zalda birlikdə məşqə gedən qardaşı ifadəsində bildirib ki, Mehman müəllim hər zaman onlarla yaxşı rəftar edib. Lakin həmin gün məşqə gedən zaman Mehman onlarla, özəlliklə də qardaşı Fəridlə pis rəftar etməyə başlayıb.

Belə ki, həmin gün Fərid ağlayaraq anasına məşqə getmək istəmədiyini bildirib. Anası da Mehmana zəng vuraraq Fəridin məşqə gəlmək istəmədiyini deyib. Lakin Mehmanla danışdıqdan sonra anası onları məşqə aparıb.

Uşaqlar zala daxil olan kimi Mehman Fəridi qaldıraraq başının üzərindən yerə çırpıb, ardınca daha bir neçə dəfə həmin hərəkəti təkrarlamaqla əsəbi halda azyaşlıdan nə üçün məşqə gəlmək istəmədiyini soruşub.

Qardaşı bildirib ki, ilk vaxtlar Fərid yerə çırpıldıqdan sonra ayağa qalxa bilsə də, bir qədər sonra ayağa dura bilməyib. Qardaşı ifadəsi zamanı daha sonra qeyd edib ki, idmançı azyaşlıya “yenə də anana gəlmirəm deyəcəksən?” sualını təkrar-təkrar verərək ona qarşı təhlükəli fəndləri tətbiq etməkdə davam edib.

Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunan tibbi müayinə protokolundan da görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş analizlərdə onda marixuana və opioidlərin qəbulu aşkar edilib. Tədqiq edilən bütün halları nəzərə alan məhkəmə Mehman Xəlilovu 19 il azadlıqdan məhrum edib.

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 433 baxış
TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 433 baxış
Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Hadisə
22 sentyabr 2026 433 baxış
Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 433 baxış
Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 433 baxış
Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Hadisə
21 sentyabr 2026 433 baxış
Ağdaşdakı silahlı insidentin təfərrüatları məlum oldu - Baku TV CANLI

Ağdaşdakı silahlı insidentin təfərrüatları məlum oldu - Baku TV CANLI

Hadisə
21 sentyabr 2026 433 baxış
14 yaşlı yeniyetmə qonşusunu güllələdi? - Ağdaşda dəhşətə gətirən hadisə - Baku TV

14 yaşlı yeniyetmə qonşusunu güllələdi? - Ağdaşda dəhşətə gətirən hadisə - Baku TV

Hadisə
21 sentyabr 2026 433 baxış
Göygöldə qandonduran qətl | İki uşaq anası qısqanclığa görə qətlə yetirildi? - Baku TV

Göygöldə qandonduran qətl | İki uşaq anası qısqanclığa görə qətlə yetirildi? - Baku TV

Hadisə
21 sentyabr 2026 433 baxış
Yasamalda baş verən hadisə qorxulu anlar yaşatdı - Baku TV

Yasamalda baş verən hadisə qorxulu anlar yaşatdı - Baku TV

Hadisə
21 sentyabr 2026 433 baxış
Seçilmişlər
icon