Hadisə
Pleyeri seçin:

Sumqayıtda xüsusi əməliyyat: 15 il əvvəl qətl törədən şəxs ələ keçdi

28 iyul 2023

Sumqayıtda 15 il əvvəl baş verən qətl hadisəsini törədən və narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyatlar keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri silsilə tədbirlər zamanı əvvəllər məhkum olunmuş Rəvail Məmmədov, tanışı Fuad İsmayılov, Ramin İbrahimov, Xaliq Məmmədzadə, Corat qəsəbəsində narkotiklərin satışını təşkil edən Ceyhun Məmmədov və həyat yoldaşı Könül Babayeva saxlanılıblar.

Bu şəxslərdən ümumilikdə 16 kiloqram narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı isə narkotik tərkibli bitkilərin kultivasini ilə məşğul olan Corat qəsəbəsi sakinləri Kamal Əliyev və Azad Mansurov da saxlanılıb. Onlardan yaş halda çəkisi 52 kiloqram olan 174 ədəd çətənə kolu aşkar olunub.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində əvvəlki illərdən bağlı qalan qəsdən adamöldürmə cinayətinin də üstü açılıb.

Belə ki, 2008-ci ilin oktyabr ayının 28-də Sumqayıt şəhər sakini Tünzalə Kərimovanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə İdarə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov da tutularaq istintaqa təhvil verilib.

Saxlanılarkən ondan bir ədəd “Baykal” markalı tapança, həmin silaha aid 176 ədəd patron və narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Hadisə
18 may 2024
2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

Hadisə
17 may 2024
Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə
17 may 2024
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Hadisə
17 may 2024
Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Hadisə
17 may 2024
DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza

DİN-dən həlak olan polislə bağlı açıqlama | Hacıqabulda faciəvi qəza

Hadisə
17 may 2024
Bakıda küçənin ortasında qadına qarşı ağlasığmaz hərəkət | DİN-dən açıqlama

Bakıda küçənin ortasında qadına qarşı ağlasığmaz hərəkət | DİN-dən açıqlama

Hadisə
17 may 2024
Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

Bakıda 2 qadını eyni anda idarə etmək istəyən taksi sürücüsü qatil oldu

Hadisə
17 may 2024
Bakıda avtobus ağır qəzaya düşdü | Sərnişinlər yolda qaldı

Bakıda avtobus ağır qəzaya düşdü | Sərnişinlər yolda qaldı

Hadisə
16 may 2024
Baş Prokurorluqdan Qusarda saxlanılan bələdiyyə sədri ilə bağlı açıqlama

Baş Prokurorluqdan Qusarda saxlanılan bələdiyyə sədri ilə bağlı açıqlama

Hadisə
16 may 2024
Seçilmişlər
icon