Sumqayıtdakı bədbəxt hadisənin təfərrüatı | 23 yaşlı ana dəhşət yaşadı
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda bədbəxt hadisə baş verib. Hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.
Belə ki, 23 yaşlı Sevil Səlimovanın evdə doğuş etdiyi bildirilib. Doğuş zamanı onun dünyaya gətirdiyi 30 həftəlik oğlan uşağının öldüyü qeyd olunub.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, mayın 27-si saat 05:20 radələrində Ceyranbatan qəsəbəsindən çağırış daxil olub. Çağırış əsasında saat 05:30 radələrində ünvana təcili tibbi yardım briqadası cəlb edilib:
“Hadisə yerində 2002-ci il təvəllüdlü şəxsin vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib. Dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb. Zahı qadın Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyent stasionar tibbi xidmətdən imtina edib, o, evə buraxılıb. Sözügedən şəxs mayın 28-i saat 10:10 radələrində isə yenidən Perinatal Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
