Pleyeri seçin:
Sumqayıtdakı qandonduran hadisənin təfərrüatı | Mübahisə qanla bitdi
Sumqayıtda qardaşlar arasında mübahisə qanla nəticələnib.
Hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, mübahisə zamanı 43 yaşlı Nəcəf Əsgərov dəmir parçası ilə qardaşı, 40 yaşlı Mehti Əsgərovun baş nahiyəsinə zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlindəki bıçaqla Nəcəf Əsgərovu yaralayıb.
Xəsarət alan hər iki şəxs Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, ambulator müalicə üçün evə buraxılan M.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Digər qardaşın isə müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Çin vətəndaşları Bakıda villadan oğurluq etdilər
- Xəstəxanaya gələndən 1 saat sonra... | Sumqayıtda qadının ölümünə nə səbəb oldu?
- Sumqayıtda ağır yol qəzası | Piyada həyatından oldu
- Mən dedim ki, bir az sağa çıx... | Sürücü avtobusu niyə nəzarətçinin üstünə sürdü?
- Deputat 3 və daha çox uşaqlı ailələrlə bağlı nə təklif etdi?
