Pleyeri seçin:

Süpürgəçi qız onu evinə gətirən qadını çəkiclə qətlə yetirdi | SONUNCU ŞAHİD

29 noyabr 2024 298 baxış

Süpürgəçi ona yaxşılıq edən qadının qatili oldu.

Fəridə (şərti ad) həbsxanadan çıxandan sonra obyektlərin birində süpürgəçi kimi işləyirdi. Mina (şərti ad) isə hər gün onun işlədiyi obyektin qarşısından keçir və Fəridəni görür.

Bir gün o, Fəridəyə yaxınlaşır və ona “səni müşahidə etmişəm, yaxşı qadına oxşayırsan. Bu işlərin başını burax, gedək, mənim evimdə qal. Onsuz da mən də tək yaşayıram. Sən həm mənə baxarsan, həm də birlikdə yaşayarıq. Bunun əvəzində də mən sənə pul ödəyərəm” deyir.

Fəridə onunla razılaşır. Yolda Mina Fəridəyə həyatından, övladlarının ona qarşı laqeyd münasibətindən, istəklərindən danışır. Fəridə Minanı dinləyir və qarşıda onu nələrin gözlədiyini düşünür.

Mina evdə Fəridəyə hər şeyi göstərir və ondan rahat olmasını xahiş edir. Növbəti gün Fəridə Minaya səhər yeməyi hazırlayır, ona qulluq etməyə başlayır. Mina ona ilk dəfədir belə xoş gün keçirdiyini və qayğısına kiminsə qaldığını deyir. Daha sonra söhbət əsnasında Mina Fəridəyə “mənə yaxşı baxsan, mənzili sənə bağışlayacağam” deyir. Bu sözlər Fəridəyə ümidverici səslənir.

Növbəti gün günorta saatlarında Mina şəhərin mərkəzində yaşayan qohumlarıgilə qonaq gedir. Fəridə bu boşluqdan istifadə edərək şəhərə yollanır. O, şəhərdə sevgilisi Rəşad (şərti ad) ilə görüşür.

Daha sonra sevgilisini yaşadığı evə aparan Fəridə mənzilin tezliklə onun olacağını deyir. Rəşad Fəridəyə yaxınlaşmaq istəyəndə qəfildən Mina evə qayıdır. Bu zaman Rəşad və Fəridə özlərini itirirlər. Rəşad özünü Fəridənin qardaşı kimi qələmə verməyə çalışsa da, Mina ona inanmır və qolundan tutub dərhal mənzildən çıxmasını tələb edir.

Beləliklə, Rəşad mənzili tərk edir. Mina Fəridəyə artıq ona mənzil bağışlamayacağını deyir və “ya qalıb insafla işləyəcəksən, ya da birdəfəlik buradan gedəcəksən” deyir.

Həmin axşam Fəridə özünü təhqir olunmuş, alçaldılmış, aldanmış hiss edir və bunlara dözməmək qərarına gəlir.

Fəridə Minanın yatmağını gözləyir. Gecə saat 3-də Minanın otağına daxil olur və əlində olan çəkiclə onun alın nahiyəsinə ard-arda 10-dan artıq zərbə vuraraq qadını qətlə yetirir.

Səhər açılandan sonra isə hadisə yerindən qaçaraq uzaqlaşır. Çox keçmir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən o, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilir.

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 298 baxış
“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

Hadisə
19 dekabr 2025 298 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Hadisə
19 dekabr 2025 298 baxış
Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
19 dekabr 2025 298 baxış
“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
19 dekabr 2025 298 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Hadisə
19 dekabr 2025 298 baxış
Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV

Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV

Hadisə
19 dekabr 2025 298 baxış
Naxçıvanda dəhşətli hadisə | Ahıl qadın xəsarət aldı - Baku TV

Naxçıvanda dəhşətli hadisə | Ahıl qadın xəsarət aldı - Baku TV

Hadisə
18 dekabr 2025 298 baxış
“Dedi ki, barışmaq istəyirəm, uşaqlar...” | 3 uşaq anasının qətli ilə bağlı şok detallar - Baku TV

“Dedi ki, barışmaq istəyirəm, uşaqlar...” | 3 uşaq anasının qətli ilə bağlı şok detallar - Baku TV

Hadisə
18 dekabr 2025 298 baxış
"Ən ağır cəza verilsin!” | Amansızlıqla öldürülən 3 uşaq anasının yaxınları fəryad etdi - Baku TV

"Ən ağır cəza verilsin!” | Amansızlıqla öldürülən 3 uşaq anasının yaxınları fəryad etdi - Baku TV

Hadisə
18 dekabr 2025 298 baxış
Seçilmişlər
icon