Pleyeri seçin:

Suraxanıdakı amansız qətlin təfərrüatı məlum oldu

08 avqust 2023 171 baxış

2022-ci il martın 29-da daxil olan məlumat əsasında istintaq orqanları Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, ev 568, mənzil 7-yə baxış keçiriblər və içəridə 1972-ci il təvəllüdlü Gəncə sakini Fəxrəddin Əsədovun meyiti aşkarlanıb.

Bununla bağlı Suraxanı Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Müəyyən edilib ki, Fəxrəddin Əsədov onunla bir mənzildə yaşayan Ravil Baybəyov tərəfindən öldürülüb. Belə ki, narkotik vasitə tələbatı ilə bağlı bədənində yaranmış ağrılar səbəbindən qışqırıb səs-küy saldığı üçün Ravil Fəxrəddini sakitləşdirməyə çalışanda sonuncu onun ünvanına nalayiq ifadə işlədib. Bundan qəzəblənən Ravil Baybəyov masanın altında olan mətbəx bıçağını götürərək Fəxrəddin Əsədovun döş qəfəsinə güclü zərbə endirib.

Daha sonra Ravil Baybəyov evi tərk edib və bıçağı yerə tullayıb, yoldan keçən tanımadığı şəxsə yaxınlaşaraq evində qalan tanışının özünə bıçaqla xəsarət yetirdiyini deyərək ondan təcili tibbi yardım çağırmasını istəyib. Təxminən 20 dəqiqə sonra gələn təcili tibbi yardım işçiləri Fəxrəddinin artıq öldüyünü bildiriblər və polisə məlumat verilib.

İş üzrə dindirilmiş Ravil Baybəyov hadisənin təsadüfən baş verdiyini və əməlindən çox peşman olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ravil Baybəyov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Naxçıvan DİN-dən "uşaq oğrusu" ilə bağlı yayılan görüntülər barədə açıqlama - Baku TV

Naxçıvan DİN-dən "uşaq oğrusu" ilə bağlı yayılan görüntülər barədə açıqlama - Baku TV

Hadisə
08 dekabr 2025 171 baxış
Bulvarda dəhşət | Meyiti tapılan tanınmış şəxs kimdir?

Bulvarda dəhşət | Meyiti tapılan tanınmış şəxs kimdir?

Hadisə
08 dekabr 2025 171 baxış
Masazırda avtomobildə baş verən dəhşətli yanğından anbaan görüntülər

Masazırda avtomobildə baş verən dəhşətli yanğından anbaan görüntülər

Hadisə
08 dekabr 2025 171 baxış
Minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verdi - Baku TV

Minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verdi - Baku TV

Hadisə
08 dekabr 2025 171 baxış
Zərərçəkən hadisə barədə hər şeyi danışdı | DİN-dən təcili məlumat - Baku TV

Zərərçəkən hadisə barədə hər şeyi danışdı | DİN-dən təcili məlumat - Baku TV

Hadisə
08 dekabr 2025 171 baxış
Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı - Baku TV

Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı - Baku TV

Hadisə
07 dekabr 2025 171 baxış
Abşeronda mağazadan oğurluq edən şəxslər saxlanıldı - Baku TV CANLI

Abşeronda mağazadan oğurluq edən şəxslər saxlanıldı - Baku TV CANLI

Hadisə
07 dekabr 2025 171 baxış
Kanala aşan avtomobildə 5 nəfər həyatını itirdi - Baku TV

Kanala aşan avtomobildə 5 nəfər həyatını itirdi - Baku TV

Hadisə
07 dekabr 2025 171 baxış
"Mercedes" markalı avtomobil aşdı: Ölən və yaralılar var - Baku TV

"Mercedes" markalı avtomobil aşdı: Ölən və yaralılar var - Baku TV

Hadisə
07 dekabr 2025 171 baxış
Qusarda qadına qarşı insident | Məhkəmə təqsirləndirilənə nə cəza verdi? - Baku TV

Qusarda qadına qarşı insident | Məhkəmə təqsirləndirilənə nə cəza verdi? - Baku TV

Hadisə
07 dekabr 2025 171 baxış
Seçilmişlər
icon