Pleyeri seçin:

Tanınmış plastik cərrah qətlə yetirildi

07 may 2023 380 baxış

Mayın 7-sinə keçən gecə Abşeron rayonu, Novxanı qəsəbəsi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib.

“Qafqazinfo”nun məlumatına görə, Türkiyə vətəndaşı 56 yaşlı Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik-cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə yerləşən “Acıbadem” xəstəxanasında çalışıb, həmçinin vaxtaşırı televiziya verilişlərində qonaq olub. T.Gündüz son günlərdə Bakıdakı klinikaların birində fəaliyyət göstərib.

Qətli törədən M.Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir. Hadisəni törədən M.Gündüz saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisənin hansı zəmində, hansı şəraitdə və nə səbəbdən baş verməsi hələlik məlum deyil, araşdırmalar davam etdirilir.

#Plastik cərrah teqi istifadə olunub

“Qadın çağırdı ki, gəl, burada...” | Sakin 53 yaşlı kişinin müəmmalı ölümündən danışdı - Baku TV

“Qadın çağırdı ki, gəl, burada...” | Sakin 53 yaşlı kişinin müəmmalı ölümündən danışdı - Baku TV

Hadisə
25 sentyabr 2026 380 baxış
53 yaşlı Yevlax sakini müəmmalı şəkildə həyatını itirdi - Baku TV CANLI

53 yaşlı Yevlax sakini müəmmalı şəkildə həyatını itirdi - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 380 baxış
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" | Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - Baku TV

"Təzə evlənmişdi, ailəmiz məhv oldu" | Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - Baku TV

Hadisə
25 sentyabr 2026 380 baxış
Sumqayıtda ölümlə nəticələnən hadisə | Hərbçi həlak oldu - Baku TV CANLI

Sumqayıtda ölümlə nəticələnən hadisə | Hərbçi həlak oldu - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 380 baxış
“Kafedən qayıdanda vurub” | Sumqayıt sakinləri dəhşətli hadisəni anbaan danışdı - Baku TV

“Kafedən qayıdanda vurub” | Sumqayıt sakinləri dəhşətli hadisəni anbaan danışdı - Baku TV

Hadisə
25 sentyabr 2026 380 baxış
Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə dəhşətli mənzərə - Baku TV CANLI

Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə dəhşətli mənzərə - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 380 baxış
Sabirabadda ağır qəza | Ölən və yaralananlar var - Baku TV

Sabirabadda ağır qəza | Ölən və yaralananlar var - Baku TV

Hadisə
25 sentyabr 2026 380 baxış
Mingəçevirdə Kür çayında hərəkətdə olan qayıq restorana çırpıldı - Baku TV

Mingəçevirdə Kür çayında hərəkətdə olan qayıq restorana çırpıldı - Baku TV

Hadisə
25 sentyabr 2026 380 baxış
Dişini çəkdirdi, canından oldu | “Ayıbdır, boynuna almır, uşağım qışqıranda deyib ki...” - Baku TV

Dişini çəkdirdi, canından oldu | “Ayıbdır, boynuna almır, uşağım qışqıranda deyib ki...” - Baku TV

Hadisə
24 sentyabr 2026 380 baxış
Dəhşətə gətirən hadisə | Vətəndaş həkim səhvinin qurbanı oldu? - Baku TV CANLI

Dəhşətə gətirən hadisə | Vətəndaş həkim səhvinin qurbanı oldu? - Baku TV CANLI

Hadisə
24 sentyabr 2026 380 baxış
Seçilmişlər
icon