Pleyeri seçin:

TƏBİB-dən qəzada yaralananlarla bağlı vacib məlumat | Şəmkirdə dəhşət

07 avqust 2025 349 baxış

Şəmkirdə 7 nəfərin ölümünə, 6 nəfərin xəsarət almasına səbəb olan dəhşətli qəza ilə bağlı dövlət qurumları açıqlamalar yayıb.

Baş verən qəzanın iştirakçısı olan hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.

Bu barədə Baku TV-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

"99-GO-705" dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı "Sprinter" mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib. Həmçinin məlum olub ki, "20-DL-094" dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb. Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır", ‒ agentliyin məlumatında bildirilib.

Qəzada yaralanan şəxslərin vəziyyəti də açıqlanıb.

Baku TV-nin sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə avqustun 7-si saat 5 radələrində ikisi kişi, üçü qadın olmaqla beş nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, bir nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Telefonunu taksidə unutdu, geri ala bilmir, çünki... | "Taksi şirkəti borclu idi ki..." - Baku TV

Telefonunu taksidə unutdu, geri ala bilmir, çünki... | "Taksi şirkəti borclu idi ki..." - Baku TV

Hadisə
05 fevral 2026 349 baxış
"Uşağı qırağa çəkib ki..." - Qandonduran hadisə: Bıçaqlanan 7 yaşlı oğlanın atası danışdı - Baku TV

"Uşağı qırağa çəkib ki..." - Qandonduran hadisə: Bıçaqlanan 7 yaşlı oğlanın atası danışdı - Baku TV

Hadisə
05 fevral 2026 349 baxış
Cəlilabaddakı hadisə ilə bağlı Baş Prokurorluq məlumat yaydı - 24 SAAT

Cəlilabaddakı hadisə ilə bağlı Baş Prokurorluq məlumat yaydı - 24 SAAT

Hadisə
05 fevral 2026 349 baxış
Göygöldə dəhşətli qətl | Kənd sakininin meyiti dərədən tapıldı - Baku TV

Göygöldə dəhşətli qətl | Kənd sakininin meyiti dərədən tapıldı - Baku TV

Hadisə
05 fevral 2026 349 baxış
Cəlilabadda qardaşının övladlarını baltalayan kişinin ölüm səbəbi

Cəlilabadda qardaşının övladlarını baltalayan kişinin ölüm səbəbi

Hadisə
04 fevral 2026 349 baxış
Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV

Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV

Hadisə
04 fevral 2026 349 baxış
Şabranda şagirdlər arasında mübahisə davaya səbəb oldu - Baku TV

Şabranda şagirdlər arasında mübahisə davaya səbəb oldu - Baku TV

Hadisə
04 fevral 2026 349 baxış
Sumqayıtda mənzildən kişi meyiti tapıldı - Baku TV

Sumqayıtda mənzildən kişi meyiti tapıldı - Baku TV

Hadisə
04 fevral 2026 349 baxış
Gəncədə dəhşətli hadisə | 25 yaşlı gənci küçədə bıçaqladılar - Baku TV

Gəncədə dəhşətli hadisə | 25 yaşlı gənci küçədə bıçaqladılar - Baku TV

Hadisə
03 fevral 2026 349 baxış
"Hamısını kəsib-doğrayıblar, üstünü də torpaqla..." | "Ağ Şəhər” ərazisində nə baş verib? - Baku TV

"Hamısını kəsib-doğrayıblar, üstünü də torpaqla..." | "Ağ Şəhər” ərazisində nə baş verib? - Baku TV

Hadisə
03 fevral 2026 349 baxış
Seçilmişlər
icon