Tıxacda 2 yük maşınının arasında qalan bacı-qardaşın ölümü ilə bağlı dəhşətli detallar - Baku TV
Rusiyada azərbaycanlı bacı-qardaş faciəvi şəkildə həyatını itirib.
Hadisə sentyabrın 7-də axşam saatlarında Vladimir şəhərində baş verib.
Məlumata görə, əslən Ucar rayonunun Yuxarı Şilyan kəndindən olan 1959-cu il təvəllüdlü Füzuli Baxışov və 1975-ci il təvəllüdlü bacısı Zərnişan Baxışova uzun illərdir Rusiyada yaşayır və ticarətlə məşğul olurmuş. Qəza da Moskvaya ticarət məqsədilə gedərkən baş verib.
Belə ki, Füzuli Baxışov özünə məxsus “Lada” markalı avtomobillə Moskva istiqamətində hərəkətdə olarkən yolda tıxaca düşüb. Bu zaman arxadan gələn yük maşını avtomobilə çırpılıb. Nəticədə minik avtomobili iki yük maşınının arasında qalıb.
Qəza zamanı avtomobildə olan üç nəfərdən Füzuli Baxışov və bacısı Zərnişan Baxışova hadisə yerində həyatını itirib. Digər sərnişin, Rusiya vətəndaşı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Həlak olanların meyitləri sentyabrın 10-da Azərbaycana gətirilib və doğulduqları Yuxarı Şilyan kəndində dəfn olunub.
#Rusiya teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
- Vuçiçin məğlubiyyəti regionda qüvvələr nisbətini dəyişəcəkmi? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
