Tovuzdakı dəhşətli qəzanın təfərrüatı | Müdafiə Nazirliyindən təcili açıqlama
Tovuzda yol qəzasında ölənlərdən 5-i hərbçidir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu – baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.
Yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin yol istismar qaydalarını pozma, 2 və daha çox şəxsin ölümü ilə nəticələndikdə maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, hadisə Tovuzun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb. VAZ və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib.