Hadisə
Pleyeri seçin:
Toy yasa çevrildi | Ölən qadının atası olanlara görə fəryad etdi
Lənkəranın Şilim kəndində bədbəxt hadisə baş verib.
Rusiyadan qonaq gələn ər və arvadın evdə meyitləri tapılıb.
Rusiya vətəndaşları olan 50 yaşlı Qalib Bağırov və həyat yoldaşı 45 yaşlı Nəfisə Bağırovanın aprelin 6-da yeni doğulan nəvələrinin xeyir işi üçün gəldiyi bildirilir.
Ölən qadının atası deyib ki, qızı və kürəkəni qazdan boğulublar.
Yaxınlarının sözlərinə görə, sərçə tüstü bacasında yuva qurub. Qaz sobası yanan zaman dəm qazı evin içinə dolub və məlum hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
Seçilmişlər