Toy zamanı faciə yaşandı | Lənkərandakı hadisə barədə qohum nələr danışdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda baş tutan toy mərasimində üzücü anlar yaşanıb.
Buna səbəb bacısı qızının toyunda dayının halının pisləşməsi və xəstəxanada ölməsi olub.
Belə ki, Cəlilabad rayonu, Qarayar kənd sakini, 49 yaşlı Səyyad Yaqubov Lənkərana bacısı qızının toyuna gedib. O, toyda özünü pis hiss edib.
“Xəstəliyi var imiş. Oturduğu yerdə dedi ki, ağrım var. Aptekə getdik, dərman alıb içdi, ondan sonra şoka düşdü. Yoldaşının dediyinə görə, 4 gündür əziyyət çəkirmiş, kürəyi ağrıyır, sinəsi göynəyirmiş”, – deyə mərhumun qohumu bildirib.
Səyyad Yaqubov təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, o, ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır.
#Lənkəran teqi istifadə olunub
- “Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV
- “Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV
- Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
