Hadisə
Pleyeri seçin:
Toyuna hazırlaşırdı, dənizdə batdı | Astarada dəhşətli hadisə
Astara rayonunun Kijəbə qəsəbə sakini 29 yaşlı Şamxal Həsənzadənin dənizdə nəzarətsiz ərazidə çimərkən batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışa cəlb olunub.
23 saat axtarışdan sonra gəncin meyiti batdığı yerdən 800 metr aralıda tapılıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Şamxal Həsənzadə nişanlı idi və payızda toyu olacaqdı.
Kopyalandı
Seçilmişlər