Tükürpərdən cinayəti törətməkdə ittiham olunanlar hakim qarşısında - Baku TV
Bakıda birlikdə kirayədə qaldıqları şəxsi yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənlərə ittiham aktını elan edib.
Hakim Fazil Feyzullayevin və Ülvi Abbasovun 15 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum oluna biləcəklərini onlara xatırladıb.
Fazil Feyzullayev ittihamla özünü qismən təqsirli bilsə də, Ülvi Abbasov ümumiyyətlə özünü qətldə təqsirli bilməyib.
Yanvarın 4-də keçirilməsi nəzərdə tutulan növbəti prosesdə ittiham olunan hər iki şəxsin məhkəmədə sərbəst ifadələri gözlənilir.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Dəhşətli qətlin təfərrüatı | Dayısını qətlə yetirməkdə təqsirləndirilən hakim qarşısında - Baku TV
- Məhkəmə dələduzluq edən iş adamı ilə bağlı qərar verdi - Baku TV
- 16 yaşlı oğlan anası ilə birgə yaşadığı şəxsi öldürməkdə ittiham olunur - Baku TV
- Həyat yoldaşının qətlində təqsirləndirilənə ağır cəza - Baku TV
- Sabiq məmurun oğlu dələduzluqda ittiham olunur - Baku TV
