Pleyeri seçin:
Ucarda iki ailənin yaşadığı ev külə döndü
Ucarda iki ailənin yaşadığı fərdi yaşayış evi yanıb.
Hadisə rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.
Ümumi sahəsi 160 kvadratmetr olan, 1 mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evinin 1 otağı və talvarı tamamilə, digər 1 otaq isə qismən yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdaki tikililər yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Ucar teqi istifadə olunub
- "Qorxuram ki, gəlib nəvələrimə..." | Ucarda canavarlar kənd sakinlərinə dəhşət yaşatdı - Baku TV
- Ucarda fərdi yaşayış evi yandı
- Burada gecələr görün nələr yaşanır | Vahimə içində qalan sakinlər hər şeyi danışdı
- Pambıqla dolu yük maşını yola aşıb
- “Özləri üçün təsərrüfat yaradıblar!” | Qurum “həll oldu” deyir, əhali ah-nalə çəkir
